Sığortaçılar avtomobillərin icbari sığorta haqlarının qaldırılması ilə bağlı maliyyə nazirinə müraciət ediblər
- 20.04.2015, 22:40,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının qaldırılması ilə bağlı maliyyə naziri Samir Şərifova müraciət edib.
APA xəbər verir ki, bunu maliyyə naziri mətbuat konfransında bildirib.
Nazir bildirib ki, sığortaçılar təkliflərini sığorta xərclərinin artması ilə əsaslandırırlar: “Belə ki, avtomobil və ehtiyat hissələri idxal olunduğundan alqı dollarla həyata keçirilir. Sığorta şirkətləri də avtomobillərin ehtiyat hissələrinin qiymətinin qalxmasını əsas gətirərək, sığorta xərclərinin də artığını bildirirlər. Məhz bu səbəbdən avtomobillərin icbari sığorta haqlarının artırılmasını istəyirlər”.
S. Şərifov əlavə edib ki, bu məsələ nazirliyin gündəliyindədir. “Lakin hələ ki, avtomobillərin icbari sığorta haqlarının artırılmasına ehtiyac görmürük”, - deyə S. Şərifov qeyd edib.