Bakı-2015 Avropa Oyunları vaxtı avtomobillərə buraxılış vərəqələrinin verilməsi haqda qərar ləğv edilib
- 21.04.2015, 14:39,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-2015 Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə yaşayan sakinlərin avtomobillə mənzillərinə sərbəst daxil olmaları üçün xüsusi buraxılış vərəqələrinin verilməsi barədə qərar ləğv olunub.
Bu barədə APA-ya məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bildirib ki, Bakı-2015 Avropa Oyunları zamanı vətəndaşlar avtomobillərindən sərbəst şəkildə istifadə edəcəklər: “Ancaq vətəndaşlara məsləhət görülür ki, yol kənarlarında avtomobillərini saxlamasınlar. Yol kənarlarında saxlanılan avtomobillər evakuator vasitəsilə ərazidən aparılacaq”.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Bakı-2015 Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə yaşayan sakinlərin avtomobillə mənzillərinə sərbəst daxil olmaları üçün xüsusi buraxılış vərəqələrinin verilməsi barədə qərar vermişdi. Qərara əsasən, yanvar ayında İcra Hakimiyyəti I Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin ətrafındakı ərazilərdə yaşayan vətəndaşlara müraciət etmişdi. Müraciətdə bildirilirdi ki, sakinlər Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin fərqləndirici buraxılış nişanlarının alınması üçün ərazi üzrə Mənzil İstismar Sahələrinə və kooperativ yaşayış komplekslərinin rəhbərliklərinə müraciət etməlidirlər.