Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistralında yeni yol ötürücülərinin inşası yekunlaşıb
- 21.04.2015, 19:25,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yeni yol ötürücülərinin inşası yekunlaşıb.
“Azəryolservis” ASC-nin mətbuat katibliyinin rəisi Anar Nəcəfli APA-ya açıqlamasında bildirib ki, bu gün axşam saatlarından yol ötürücüləri istifadəyə verilib.
Qeyd edək ki, ötən il Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində yolun 9-cu km-də yerləşən mövcud yol ötürücüləri sökülərək yerində müasir tipli yol ötürücülərin inşasına başlanılıb. Sovet dövründə inşa olunan yol ötürücülərindən fərqli olaraq 410 metr uzunluğunda yeni tikilən müasir yol ötürücüləri 4 aşırımdan ibarətdir. Sonuncu aşırımın alt hissəsindən əks tərəfə keçidi təmin edən yeni yol hissəsi də inşa edilir. Bu yolun aprel ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.