Putin uydurma “erməni soyqırımı”na həsr olunmuş tədbirlərdə iştirak etmək üçün İrəvana gedib
- 24.04.2015, 09:24,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya prezidenti Vladimir Putin Putin uydurma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün İrəvana səfər edib.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Putinin bu gün səhər saatlarda Fransa, Serbiya, Kipr və s. ölkələrin rəhbərlərinin iştirak edəcəyi tədbirlərə qatılacağı gözlənilir.
Səfər çərçivəsində Putin və Fransua Ollandın görüşü nəzərdə tutulub. Məlumata görə, müzakirələrin əsas mövzusu Ukraynadakı vəziyyət olacaq.
Görüşdə tərəflərin helikopter daşıyan “Minstral” gəmilərinə dair danışıqların aparılacağı gözlənilir.
Görüşdə həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə ediləcək.
Bu günə həmçinin Putinin erməni həmkarı Serj Sarkisyanla görüşü nəzərdə tutulub. Onların ikitərəfli əməkdaşlığa və aktual regional problemlərə dair məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.