Avroliqada yarımfinalçılar müəyyənləşib
- 24.04.2015, 09:27,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qitənin II ən nüfuzlu turniri olan Avropa Liqasında yarımfinalda iştirak edəcək komandaların adı bəlli olub.
APA-nın məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunlarından sonra iki İtaliya, bir İspaniya və Ukrayna klubu növbəti mərhələyə adlayınb.
İlk görüşdə Almaniya “Volfsburq”unu şans tanımayan “Napoli” demək olar ki, böyük ölçüdə cütün taleyini həll etmişdi. Ötən həftə evində böyükhesablı məğlubiyyətdən sonra (1:4) “canavarlar”ın mərhələ adlayacağı real görünmürdü. Cavab qarşılaşmasında "Volfsburq" rəqibinə yenə qalib gələ bilmədi. 4 qolun olduğu matçda bərabərlik pozulmadı. Ancaq Neapol təmsilçisi finala gedən yolda bir qədər də irəlilədi.
Digər Appenin təmsilçisi “Fiorentina” isə doğma meydanındakı matça sərfəli nəticə ilə çıxdı. Ukraynada “Dinamo” ilə bərabərliyə qalan florensiyalılar yarımfinal arzusunda idi və bu istəyinə iki cavabsız qolla çatdı.
Ukraynanın Avroliqadakı digər iştirakçısı “Dnepr” isə Belçikanın “Brügge” komandasına minimal hesabla qalib gələrək, özünü yaxşı tərəfdən göstərə bildi və Ukrayna təmsilçisi gizli favorit təsir bağışladı.
1/4 Final mərhəsənin sonuncu matçında “Zenit” Avroliqanın son qalibi “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirdi. İspaniyadakı birinci qarşılaşmada qalibiyyəti sonradan buraxdığı 2 qolla əldən verən Sankt-Peterburq təmsilçisi minimal hesablı qələbə ilə adını yarımfinala yazdıra bilərdi. Lakin pireneylilərin asanlıqla təslim olmayacağı qabaqcadan bəlli idi. Çünki “Sevilya” son illərdə bu yarışın əsas favoritlərindən sayılır. Komanda son 10 ildə 3 dəfə adıçəkilən turnirin kubokunu başı üzərinə qaldırıb.
23 aprel
Avropa Liqası, 1/4 final, cavab oyunları
"Dnepr" (Ukrayna) - "Brügge" (Belçika) - 1:0
Qol: Şakov, 82
İlk oyun: 0:0
"Fiorentina" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0
Qol: Mario Qomez, 43; Varqas, 90
İlk oyun: 1:1
"Napoli" (İtaliya) - "Volfsburq" (Almaniya) - 2:2
Qollar: Kalyexon, 49; Mertens, 65; - Timm Kloze, 71; Perişiç, 73
İlk oyun: 4:1
"Zenit" (Rusiya) - "Sevilya" (İspaniya) - 2:2
Qollar: Rondon, 48; Halk, 72 - Bakka, 6 (pen.); Qameyro, 85
İlk oyun: 1:2