Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında yarımfinal və final mərhələlərinin püşkü atılıb. APA-nın məlumatına görə, püşk İspaniya “Barselona”sı ilə Almaniya “Bavariya”sını üz-üzə qoyub.

Bu duel sonuncuların baş məşqçisi Xosep Qvardiolanın sabiq komandası ilə üz-üzə gəlməsi ilə əlamətdar olacaq. Digər dueldə İtaliya “Yuventus”u İspaniya “Real”ını sınağa çəkəcək.

Final oyununun nominal meydan sahibi də püşklə müəyyənləşib. Almaniya paytaxtı Berlində baş tutacaq həlledici qarşılaşmada meydan sahibi “Yuventus” – “Real” cütünün qalibi olacaq.

Yarımfinal mərhələsinin oyunları mayın 5-6 və 12-13-də keçiriləcək. Həlledici qarşılaşma iyunun 6-da Almaniyanın paytaxtı Berlinin Olimpiya stadionunda baş tutacaq.

Çempionlar Liqası
Yarımfinal (5-6 may/12-13 may)

1. “Barselona” (İspaniya) - “Bavariya” (Almaniya)
2. “Yuventus” (İtaliya) - “Real” (İspaniya)

Final (6 iyun)
2-ci cütün qalibi – 1-ci cütün qalibi
Şərhlər
İdman bölməsinin xəbərləri