Avropa Liqasında yarımfinal cütləri bəllidi
- 24.04.2015, 17:38,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının yarımfinal və final mərhələlərinin püşkü atılıb. APA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mövsümün son püşkü əvvəl finalçıları müəyyənləşdirəcək 2 cütlüyün tərkibinə aydınlıq gətirib.
Püşkün nəticələrinə əsasən, İtaliya klublarını fərqli cütlərə düşüb. “Napoli” Ukrayna “Dnepr”i, “Fiorentina” isə İspaniya “Sevilya”sına rəqib olub. Ardınca isə finalın nominal meydan sahibini müəyyənləşdirib.
“Napoli” – “Dnepr” görüşünün qalibi finalın nominal meydan sahibi olacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 7-də və 14-də keçiriləcək. Final qarşılaşması isə mayın 27-də Polşanın paytaxtı Varşavanın Milli stadionunda keçiriləcək.
Yarımfinal (7 may/14 may)
1. “Napoli” (İtaliya) - “Dnepr” (Ukrayna)
2. “Sevilya” (İspaniya) - “Fiorentina” (İtaliya)
Final (27 may)
1-ci cütün qalibi – 2-ci cütün qalibi