Azərbaycan prezidenti Çanaqqalada səfərdədir

Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümü ilə bağlı keçiriləcək anım mərasimində iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev Çanaqqalaya səfər edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısının təyyarəsi Çanaqqala şəhər hava limanına enib.

Prezident İlham Əliyevi Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi qarşılayıb.

Daha sonra prezident İlham Əliyev və Nihat Zeybekçi xüsusi avtomobilə mərasimin keçiriləcəyi şəhər mərkəzinə yollanıblar.
Şərhlər
Siyasət bölməsinin xəbərləri