Azərbaycanda bir ailənin 7 üzvünü qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
- 24.04.2015, 17:42,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə Ağır Cinayətlər Məhkəməsində bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Hüseynov ömürlük olaraq azadlıqdan məhrum olunub.
Qeyd edək ki, ötən il oktyabrın 1-də Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.
R. Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.
O, Azərbaycan Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədildikdə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə ittiham olunur.
Onu da qeyd edək ki, hadisədən bir müddət sonra Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov özünü asaraq intihar edib. Bu mənzərəni görən A. Hüseynovun atası Müzəffər Hüseynov isə infarkt keçirərək ölüb.