I Avropa Oyunları günlərində ictimai nəqliyyat 20 saatlıq iş rejimində çalışacaq
- 27.04.2015, 12:23,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bakı-2015” Avropa Oyunlarının keçiriləcəyi günlər ərzində Bakı və ətraf ərazilərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri 20 saatlıq iş rejiminə keçəcək.
Bunu APA-ya Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.
“İlk Avropa Oyunlarının keçiriləcəyi günlərdə ictimai nəqliyyat səhər saat 05:00-dan gecə saat 01:00-dək çalışacaq”, - deyə N. Həsənov bildirib.
Qurum rəsmisi qeyd edib ki, “Bakı-2015” Avropa Oyunları başa çatdıqdan sonra ictimai nəqliyyat əvvəlki iş rejimində çalışacaq.