Azərbaycanın neft və qaz ehtiyatlarının ümumi həcmi açıqlanıb
- 29.04.2015, 23:06,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycanın neft ehtiyatlarının ümumi həcmi 2 mlrd. tona bərabərdir.
APA-nin verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi isə 2 trln. 550 mlrd. kub metrə bərabərdir. “Bundan başqa bizim proqnoz ehtiyatlarımız var. Bunlardan “Zəfər” və “Məşəl”, “Asiman-Şəfəq”, “Naxçıvan” kimi strukturların böyük qaz-kondensat ehtiyatına malik olması ilə ümumilikdə bizim 6 trln. kub metr qazımız olur”, - deyə X. Yusifzadə bildirib.
Vitse-prezident əlavə edib ki, yalnız texniki məsələlər həll olunduqdan sonra kəşf edilən yataqlarda olan təbii qaz 2018-2020-ci illərdə müvafiq kəmərlərlə ixrac oluna bilər.