Azərbaycan prezidenti ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavinini qəbul edib
- 31.05.2013, 00:24,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan prezidenti İlham Əliyev ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çamblissin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, mayın 29-da Bakıda “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə keçirildiyini vurğulayan prezident İlham Əliyev ABŞ-dan 300-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə tərəfdaşlığımıza dair aparılan məhsuldar müzakirələrin önəmini qeyd edib.
ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çambliss istər Heydər Əliyevin, istərsə də İlham Əliyevin rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə böyük inkişafın şahidi olduqlarını deyib. O, ölkələrimiz arasında bir çox sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin inkişafına görə prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirildi, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.