Vitse-prezident: "Alstom" konserni Azərbaycanla əməkdaşlığa maraq göstərir
- 31.05.2013, 00:30,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Alstom" Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Trend-in məlumatına görə, bunu "Alstom Transport"un MDB üzrə baş vitse-prezidenti Bernar Qonne Cenevrədə mətbuat konfransında deyib.
Qonne bildirib: "Bizim Azərbaycanla əməkdaşlığımız iki səbəblə izah edilir: birincisi, bu, intensiv müasirləşmə prosesini keçən ölkədir, ikincisi isə, müvafiq olaraq, yeni texnologiya və yeni məhsul növlərinə tələbat yaranır".
Onun sözlərinə görə, Azərbaycanda şirkət üçün daha çox maraq doğuran üç istiqamət var.
Qonne deyib ki, bunlar mal və ya sərnişin lokomotivləri, siqnalizasiya və tramvaylardır.
Onun sözlərinə görə, şirkət üçün Gəncə şəhəri xüsusi maraq doğurur.
Qonne bildirib: "Gəncədə metro xəttinin salınmasına hazırlıq gedir və biz şəhər hakimiyyətinə onun elementlərlə həyata keçirilməsi üçün hazır layihəni təklif etməyi planlaşdırırıq".
Qeyd edək ki, "Alstom" konserni elektrik enerjisinin hasilatı və ötürülməsi, dəmiryolu infrastrukturu sahəsində dünya lideridir.