Azərbaycanda ali məktəblərə qəbul üçün 87932 abituriyent sənəd verib
- 04.05.2015, 15:00,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün I- IV ixtisas qrupları üzrə 87932 nəfər abituriyent sənəd verib.
APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, onlardan 54 475-i bu ilin, 33457 nəfər əvvəlki illərin məzunlarıdır. TQDK sədrinin sözlərinə görə, imtahanlarda iştirak edəcək qızların və oğlanların sayı da fərqlidir. Ali məktəblərə sənəd verənlərin 38 810 qız, 41 552 nəfəri isə oğlan abituriyentlərdir. Cari ilin məzunları arasında oğlanlar Azərbaycan bölməsi üzrə 25 871 nəfər, rus bölməsi üzrə 2 901 nəfərdir. Əvvəlki illərin məzunları arasında Azərbaycan bölməsi üzrə oğlanların sayı 15 681 nəfər, rus bölməsi üzə 679 nəfərdir.
M.Abbaszadə əlavə edib ki, bu il rus bölməsi üzrə sənəd verən abituriyentlərin sayı 7 570 nəfər təşkil edib. Onlardan 5 669-cu bu ilin, 1 901-ı isə əvvəlki illərin məzunlarıdır.
M.Abbaszadə qeyd edib ki, əvvəlki illərin məzunlarının attestatlarının olub-olmaması barədə TQDK-da məlumat yoxdur: “Onlar da hərbi xidmətə çağırış məsələlərinə görə Sənədə Qəbulu Komissiyalarına müraciət ediblər. Lakin bu il bu sahədə yenilik edilib. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron baza yaradılıb və TQDK da bu bazaya inteqrasiya olunub”.
Onun sözlərinə görə, hərbi xidmətdən möhlət alanların və bunun əsasında ərizələrini özləri təsdiqləmək imkanı olan abituriyentlərin sayı 765 nəfər olub: "Onlardan 501-i elektron formatda bunu təsdiqləyib. İldən-ilə bu say artacaq. Hərbi qulluqdan qayıdanlar barədə məlumat bu bazaya daxil olandan sonra gələcəkdə bu işlər tam avtomatik qaydada həyata keçiriləcək".