Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi “National Geographic”də yayımlanıb

Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi mayın 8-də dünyanın əksər ölkələrində yayımlanan “National Geographic” televiziya kanalı vasitəsilə bir çox dövlətlərdə, o cümlədən Fransada nümayiş etdirilib.

APA-nın “Azərtac”a istinadən verdiyi məlumata görə, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyini mühüm layihə ilə qarşılamaq məqsədilə Arzu Əliyevanın irəli sürdüyü ideya əsasında Lui Vodevilin prodüserliyi və Robert Maqnerotun rejissorluğu ilə ərsəyə gələn sənədli filmi yüz minlərlə fransız tamaşaçı izləmək imkanı əldə edib.

Fransız tamaşaçıları bu sənədli film vasitəsilə İkinci Dünya müharibəsində Azərbaycan xalqının rəşadəti, Qələbənin təmin edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə müfəssəl məlumat əldə ediblər.

Filmin mayın 9-10-da həmin televiziya kanalı vasitəsilə yenidən nümayiş etdirilməsi nəzərdə tutulub.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri