Avropa Oyunları ilə bağlı dəmir yolu vağzalı ilə “Koroğlu” metro stansiyası arasında elektrik qatarları işləyəcək
- 10.05.2015, 12:55,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İlk Avropa Oyunları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC Bakı sərnişin stansiyası ilə “Koroğlu” metro stansiyası arasında elektrik qatarlarını xəttə buraxılmasını təmin edəcək.
APA-nın məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
“Azərbaycan Dəmir Yolları” bu istiqamətdə sərnişinlərin elektrik qatarları ilə daşınmasını təmin edəcək”, - deyə C. Qurbanov qeyd edib.
Sədr əlavə edib ki, ümumilikdə, “Azərbaycan Dəmir Yolları” QSC İlk Avropa Oyunları ilə bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək.