Makedoniyada xüsusi əməliyyat zamanı 5 polis əməkdaşı həlak olub, daha 30-u yaralanıb
- 10.05.2015, 12:59,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Makedoniyanın şimalındakı Kumanovo bölgəsində silahlı dəstəyə qarşı 15 saat davam edən xüsusi əməliyyat zamanı 5 polis əməkdaşı həlak olub, daha 30-u isə yaralanıb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, yerli əhali arasında itkilər barədə məlumat verilmir.
Məlumata görə, xüsusi əməliyyat zamanı aparılmış danışıqlar nəticəsində 30 silahlı polisə təslim olub.
Atışma zamanı azı 5 silahlı öldürülüb, 15-dək silahlı mühasirəni qıraraq ərazini tərk edə bilib.
Qeyri-rəsmi məlumatlara əsasən, silahlı dəstə Makedoniyaya Kosovo ərazisindən hücuma keçib.