Elsevər Ağayev: "Dərmanların qiymətinin dövlət tərəfindən müəyyənləşdirilməsi ilə bağlı işlər son mərhələdədir"

Azərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən müəyyənləşdirilməsi ilə bağlı görülən işlər artıq son mərhələdədir. Bunu Trend-ə Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə bərabər İqtisadiyyat və Sənaye Nazirliyi də çox aktiv fəaliyyət göstərir.

E.Ağayevin sözlərinə görə, hər iki nazirliyin dərmanların qiymətinin dövlət tərəfindən müəyyənləşdirilməsi ilə bağlı birgə hazırladığı qaydalar artıq Nazirlər Kabinetinə təqdim olunub: “Artıq son mərhələdir. Qaydalar təsdiq olunduqdan sonra qısa müddətdə dövlət qeydiyyatından keçmiş dərman preparatlarının qiymətinə nəzarət həyata keçiriləcək”.
Şərhlər
Sosial bölməsinin xəbərləri