Sabah Soçidə Rusiya prezidentinin ABŞ dövlət katibi ilə görüşü keçiriləcək

ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentindən bildiriblər ki, görüş sabah Soçidə keçiriləcək.

C. Kerri Putinlə yanaşı həmkarı Sergey Lavrov və Rusiyanın digər rəsmi şəxsləri ilə danışıqlar aparacaq. Müzakirələrdə əsas diqqət İran, Suriya və Ukrayna məsələlərinə, habelə ABŞ-Rusiya münasibətlərinə yetiriləcək.

Qeyd edək ki, Kerrinin Soçiyə səfəri mayın 11-dən başlayır.
Şərhlər
Dünya bölməsinin xəbərləri