Rusiya TŞ: Nikolay Patruşev və Ramiz Mehdiyev iki ölkənin milli və regional təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər

Rusiya Təhlükəsizlik Şurası bu qurumun katibi Nikolay Patruşev və Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev arasındakı görüşlə bağlı məlumat yayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilir ki, görüşdə Xəzəryanı ölkələrin əməkdaşlığının möhkəmləndirilməsi məsələləri müzakirə olunub: “Həmsöhbətlər Rusiya və Azərbaycanın milli və regional təhlükəsizliyinin təmin olunması məsələlərində iki dövlətin təhlükəsizlik şuraları aparatları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini, eləcə də Xəzəryanı ölkələrin qarşılıqlı faydalı əməkdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər”.
Qeyd edək ki, N. Patruşev Bakıya səfəri zamanı prezident İlham Əliyevlə də görüşüb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri