ABŞ dövlət katibinin köməkçisinin müavini: “Rusiyanın “S-300” kompleksləri İranı ABŞ-ın mümkün hərbi zərbələrindən qoruya bilməz”

“Rusiyanın “S-300” zenit-raket kompleksləri İranı ABŞ-ın mümkün hərbi zərbələrindən qoruya bilməz”.

APA-nın xəbərinə görə, bunu “Sputnik” agentliyinə açıqlamasında ABŞ dövlət katibinin köməkçisinin müavini Kolin Kal deyib. O, “S-300”ün çox effektiv zenit sistemi olduğunu söyləyib: “Lakin İran razılaşmaları pozub nüvə silahlı yaratmaq istəyərsə, bu sistem ABŞ-ın lazım olan addımı həyata keçirmək üçün hərbi imkanlarını zəiflətməyəcək”.

Eyni zamanda K. Kal qeyd edib ki, İranın hava hücumundan effektiv müdafiə sisteminə malik olmaması ABŞ və İsrail üçün daha yaxşı olardı: “Lakin belə sistem varsa, biz ona uyğunlaşmalı olacağıq”.
Şərhlər
Dünya bölməsinin xəbərləri