Tale Heydərov:"Bu, Azərbaycanın prezident İlham Əliyevin rəhbərliyi altında Avropa ailəsində qazandığı yüksək etimadı təsdiq edir"

"I Avropa Oyunlarının keçirilməsi məsuliyyətinin Avropa idman elitası tərəfindən dövlətimizə etibar edilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Avropa ailəsində qazandığı yüksək etimada, həmçinin idman ölkəsi kimi yüksək statusa malik olmasını təsdiq edir".

APA-nın məlumatına görə, bunu Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sədri Tale Heydərov Oksford Universiteti nəşriyyatının Azərbaycanda fəaliyyətə başlamasına həsr edilmiş təqdimat mərasimində deyib.

T. Heydərov qeyd edib ki, Avropa-Azərbaycan əlaqələri uğurla inkişaf edir: "Bugünkü tədbirimiz I Avropa Oyunlarının Bakıda keçirilməsinin hazırlıq mərhələsinin uğurla yekunlaşdırıldığı və Avropa Oyunları məşəlinin doğma respublikamızın bütün rayonlarına yürüşünün təntənə ilə davam etdiyi əlamətdar günlərdə keçirilir. I Avropa Oyunlarının keçirilməsinin məsuliyyətinin Avropa idman elitası tərəfindən dövlətimizə edimad edilməsi Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Avropa ailəsində qazandığı yüksək etimadı, həmçinin idman ölkəsi kimi yüksək statusa malik olmasını təsdiq edir. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi göstərir ki, Azərbaycan Avropa ilə əlaqələrini uğurla inkişaf etdirir".
Şərhlər
İdman bölməsinin xəbərləri