"Qarabağ" çempion oldu

Topaz Premyer Liqasında 2014/15 mövsümünün qalibi müəyyənləşib.

ANS-in məlumatına görə, "Qarabağ" ardıcıl 2-ci dəfə çempion titulunu qazanıb.

Qurban Qurbanovun komandası buna XXXIV turda nail olub. "Sumqayıt" 1:0 hesabı ilə yenən ağdamlılar "İnter"in "Qəbələ" ilə oyunda хal itirməsində (1:1) yararlanaraq çempionluğu rəsmiləşdirib.

Bu "Qarabağ"ın tariхində 3-cü çempionluq olub. Ağdam klubu ilk dəfə 1993-cü ildə, növbəti dəfə isə ötən mövsüm qızıl medallara sahib çıхmışdı. Beləliklə, "Qarabağ" ardıcıl ikinci mövsümdə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri