Azərbaycanda müəllimlərin maaşlarının artırılması prinsipləri araşdırılır
- 31.05.2013, 15:15,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Müəllimlərin əməkhaqqının artırılması məsələsi ciddi məsələdir”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, hazırda müəllimlərin əmək haqlarının artırılması prinsipləri araşdırılır. Onun sözlərinə görə, maaşların artırılması üsulunun tədrisin keyfiyyəti və bir sıra digər amillərlə bağlılığı var: “Mənim fikrimcə, bu məsələyə gözübağlı yanaşmaq bir az tələsik və qeyri-peşəkar olar”.
Təhsil naziri ötən il attestat ala bilməyən məzunlar barədə də danışıb. O qeyd edib ki, bu məsələnin həllini tapması məqsədilə müvafiq dövlət qurumları ilə iş aparılır: “Bu il attestatların bütün məzunlara verilməsi ilə bağlı qərar tədris ilinin sonunda verilib. Ötən il attestat ala bilməyənlərlə bağlı bir neçə gün ərzində işin icrası qeyri-mümkün olan bir məsələdir. Düşünürəm ki, gələn tədris ilində biz müvafiq dövlət qurumları ilə birlikdə məsələnin həlli üçün addımlar atacağıq”.